Ali məktəblərdə din məcburi tədris ediləcək?


Digərləri 29 Apr 2019 19:21:00 234 0

Ali məktəblərdə din məcburi tədris ediləcək?

Yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq. Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək

Son.az bildirir ki, bu barədə Komitədən Trend-ə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması ilə bağlı keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının söylədiyi fikirləri şərh edərkən bildirilib.

Komitə bildirib ki, bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır.

Dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmə.

Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır.

Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri də var.