Barcelona - Liverpool matçının hakimi açıqlandı


İdman 29 Apr 2019 19:30:00 259 0

Barcelona - Liverpool matçının hakimi açıqlandı

Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək Barcelona - Liverpool oyununun hakimləri müəyyənləşib.

Goal.az-ın məlumatına görə, UEFA "Nou Kamp"dakı görüşə Hollandiyadan olan briqadanı göndərib.

Mayın 1-də baş tutacaq qarşılaşmanı Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Mario Diks və Ervin Zeinstra kömək edəcək. 4-cü hakim funksiyasını yunanıstanlı Anastasios Sidiropulos yerinə yetirəcək. VAR sisteminə isə Danni Makkelie nəzarət edəcək.

Qeyd edək ki, Barcelona - Liverpool oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.