Hikmət Hacıyev: "Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir"


Siyasət 29 Apr 2019 18:47:00 246 0

Hikmət Hacıyev: "Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir"

Azərbaycanla Çin arasında əməkdaşlıq hərtərəfli inkişaf edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev xatırladıb ki, dövlətimizin başçısı Çində "Bir kəmər, bir yol" ikinci əməkdaşlıq forumuna dəvət olunmuşdu:

"Bu səfər çərçivəsində dövlət başçımız Çin Xalq Respublikasının rəhbəri ilə geniş müzakirələr aparıb. Azərbaycanla Çin arasındakı ikitərəfli siyasi münasibətlər yüksək səviyyədədir. Ticari-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Bu əlaqələrin daha da inkişaf etməsi üçün birgə səylər göstərilir. Humanitar, mədəni və digər sahələrdə əməkdaşlıq üçün çox böyük perspektivlər var".

Son.az