Təhlükəli çimərliklər bağlana bilər


Digərləri 29 Apr 2019 18:39:00 245 0

Təhlükəli çimərliklər bağlana bilər

Çimərlik mövsümünə hazırlıq məqsədi ilə Nabran istirahət zonasında sahil boyu dəniz suyunun müayinəsinə start verilib. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, sahil boyu müxtəlif çimərlik ərazilərindən nümunələr götürülür. 

Laboratoriyalarda aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi öyrənilir. Dəniz suyundan götürülən nümunələrdə bağırsaq çöplərinin insan orqanizminə mənfi təsir edəcəyi səviyyədə olan çimərliklər bağlanacaq.

Daniz suyunun müayinəsi çimərlik mövsümü bitənə qədər ayda iki dəfə aparılacaq.


Xəbərə aid fotolar