“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 81ci kitabı çapdan çıxıb


Siyasət 29 Apr 2019 18:11:00 58 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 81ci kitabı çapdan çıxıb

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii resurslarla zəngin ola bilər, lakin cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir.

Son.az Trend-ə istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində söylədiyi nitqində səsləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabındakı materiallar 2017-ci ilin iyun-avqust aylarını əhatə edir.

Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya rəsmi, Türkiyə və Rusiyaya işgüzar səfərləri zamanı, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqlarına, imzalanan sənədlərə, təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsinə dair materiallar toplanıb.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu çoxcildliyin 81-ci kitabında Prezident İlham Əliyevin Avstriya, ABŞ, Türkmənistan, Özbəkistan və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallarla da tanış ola bilər.

Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin mətnləri, Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgələrdə və paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında iştirakına və çıxışlarına dair materiallar daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-avqust aylarında müxtəlif ölkələrin dövlət başçılarına məktublarının mətnləri də yer alıb.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Son.az 

Villaya görə həbs ediləcək like
  • 29 Apr 18:09  
Digərləri Villaya görə həbs ediləcək

Müğənni Ebru Gündeşin azərbaycanlı biznesmen əri Rıza Sarrafın villa m

arrow Ətraflı
Vidadi Muradov: "Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz" like
  • 29 Apr 18:07  
Siyasət Vidadi Muradov: "Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz"

Xalçaçılıq xalqımızın əsrlər boyu yaşatdığı milli sərvəti, milli

arrow Ətraflı
Küsülü olan Nazpəri və Elza 25 il əvvəl like
  • 29 Apr 18:04  
Şou-biznes Küsülü olan Nazpəri və Elza 25 il əvvəl

Son günlər bir-birinin ünvanına hər fürsətdə təhqirlər səsləndirən

arrow Ətraflı
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci kitabı çapdan çıxıb like
  • 29 Apr 18:03  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 81-ci kitabı çapdan çıxıb

Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları pa

arrow Ətraflı
AzMİU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO) like
  • 29 Apr 18:00  
Digərləri AzMİU-da 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərr

arrow Ətraflı
Vidadi Muradov: Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz (VİDEO) like
  • 29 Apr 17:52  
Digərləri Vidadi Muradov: Xalçaçılıq sənətində heç bir ölkə Azərbaycana rəqib ola bilməz (VİDEO)

Xalçaçılıq xalqımızın əsrlər boyu yaşatdığı milli sərvəti, milli

arrow Ətraflı
Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib like
  • 29 Apr 17:50  
Digərləri Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” komandasının üzvlərini medalla təltif edib

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandas

arrow Ətraflı
İnstaqramda bir paylaşımı 5 min manata edirlər like
  • 29 Apr 17:49  
Şou-biznes İnstaqramda bir paylaşımı 5 min manata edirlər

Məşhur simalar İnstaqram səhifələrində yayımladıqları reklam qarşıl

arrow Ətraflı
“Atamdan yadigar qalıb”  Gədəbəy sakinindən odlu silah götürüldü like
  • 29 Apr 17:44  
Kriminal “Atamdan yadigar qalıb” Gədəbəy sakinindən odlu silah götürüldü

Gədəbəy polisi uğurlu əməliyyat keçirib. Rayon sakininin gizlətdi

arrow Ətraflı
Türkiyədə mikrodronların istehsalına başlanacaq like
  • 29 Apr 17:39  
Digərləri Türkiyədə mikrodronların istehsalına başlanacaq

Türkiyədə mikrodronların istehsalına başlanacaq.

arrow Ətraflı
Eltonun xanımı və qızları konsertdə like
  • 29 Apr 17:39  
Şou-biznes Eltonun xanımı və qızları konsertdə

Müğənni Elton Hüseynəliyevin həyat yoldaşı Tamilla Hüseynəliyeva (Toma

arrow Ətraflı
Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur like
  • 29 Apr 17:37  
Digərləri Azərbaycan “Pekin Ekspo 2019” Botanika Sərgisində milli pavilyonla təmsil olunur

Çin Xalq Respublikasının paytaxtı Pekində "Pekin Ekspo 2019" Bota

arrow Ətraflı