Bu il Həccə yalnız 1400 azərbaycanlının ziyarəti nəzərdə tulub


Digərləri 29 Apr 2019 16:49:00 219 0

Bu il Həccə yalnız 1400 azərbaycanlının ziyarəti nəzərdə tulub

Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur.

Son.az bildirir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib:

"Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünki 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq".

Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlayır:

"İndiyədək müracət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək istəyənlər olacaq. Belə insanlar daha çox axırda müraciət edirlər".

QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq.