Komitənin sədr müavini: "Qadınlar bacarığına görə irəli çəkilməlidirlər"


Digərləri 29 Apr 2019 16:34:00 184 0

Komitənin sədr müavini: "Qadınlar bacarığına görə irəli çəkilməlidirlər"

"Hazırda Azərbaycanda bələdiyyə orqanlarında qadınların təmsil olunma səviyyəsi 35 faizdir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, ilk bələdiyyə seçkilərində qadınların təmsil olunma səviyyəsi 4 faiz olub. Amma aparılan təbliğat nəticəsində bu göstərici yüksəlib:

"İndi təmsilçilik faizi 35 faizdir, amma bu, ancaq rəqəmdir və rəqəm hər şey demək deyil. Bizim üçün əsas olan budur ki, bu 35 faizin neçə faizi aktivdir. Bu, bizim üçün vacibdir".