Galatasaray-ın sabiq futolçusu həbs olundu


İdman 29 Apr 2019 16:36:00 217 0

Galatasaray-ın sabiq futolçusu həbs olundu

Türkiyə milli komandasının və Galatasaray-ın sabiq futbolçusu Ümit Karan həbs olunub.

Goal.az "CNNturk"ə istinadən xəbər verir ki, o, qadına sataşmaq və cinsi təcavüzə görə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Karan yaşadığı binada işləyən qadına cinsi təcavüzə cəhddə ittiham olunub. Lakin keçmiş hücumçu özünə qarşı bütün iddiaları rədd edib.

2015-ci ildə Karan yaşadığı binadakı xanıma təcavüz etdiyi üçün ittiham olunub, lakin dəlil çatışmazlığına görə bəraət alıb.

Qeyd edək ki, Ümit Karan 2001 - 2009-cu illərdə Galatasaray-da çıxış edib. O, 3 dəfə Türkiyə çempionatının qalibi olub. Karan 10 matçda Türkiyə millisinin formasını geyinib.