Azərbaycanın 15 rayonunda 30 min hektara yaxın ərazidə pambıq əkiləcək


Digərləri 29 Apr 2019 16:26:00 215 0

Azərbaycanın 15 rayonunda 30 min hektara yaxın ərazidə pambıq əkiləcək

“Azərpambıq ASK” MMC üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29 001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub.

Bakı. “Azərpambıq ASK” MMC üzrə 2019-cu il mövsümündə respublikanın 15 rayonunda 29 001 hektarda pambıq əkini aparılması nəzərdə tutulub. MMC-dən Trend-ə verilən məlumata görə, bununla əlaqədar fermerlərlə müqavilələr bağlanıb. Şum, arat, mala işləri başa çatdırılıb və hazırda səpin işləri aparılır. Bugünədək 19 min hektarda səpin işləri aparılıb ki, bu da ümumi əkin sahəsinin 65,5 faizini təşkil edir. Artıq 2526 hektarda normal çıxışı alınıb, ümumi səpin işlərinin isə may ayının 10-a qədər başa çatdırılması nəzərdə tutulub.