Sürücü “yük”ünü yolda unutdu, arxadan gələn maşın ona çırpıldı VİDEO


Digərləri 29 Apr 2019 13:32:00 216 0

Sürücü “yük”ünü yolda unutdu, arxadan gələn maşın ona çırpıldı  VİDEO

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakıdan Gəncəyə doğru hərəkətdə olan "Ford" markalı avtomobil magistralın ortasına düşən köşkə çırpılıb.

Sürücü və yanında olan sərnişinin sözlərinə görə, köşkə çox az məsafə qalmış onu görüblər və qəzadan yayınmaq mümkünsüz olub.

Bildirilir ki, köşk onlardan əvvəl yolla hərəkət edən yük maşınından düşüb. Ehtimal edilir ki, qarşıdakı maşının sürücüsü köşkün düşdüyündən xəbərsiz olub.

Nəticədə arxadan gələn avtomobil əzilib, sözügedən "yük" isə yol kənarına düşüb.

Faktla bağlı araşdırma aparılır.