Mərdəkanda bağ evində qətl - Bakı sakini keçmiş məhkum yoldaşını öldürüb


Digərləri 29 Apr 2019 13:08:23 175 0

Mərdəkanda bağ evində qətl - Bakı sakini keçmiş məhkum yoldaşını öldürüb

Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində qətl hadisəsi baş verib.

Bakı. Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib. S.Musayev aldığı xəsarətlərdən ölüb.