“Formula 1” bitdi,


Digərləri 29 Apr 2019 12:31:00 243 0

“Formula 1” bitdi,

Bakıda keçirilən "Formula 1 Qran Prisi"nə görə bağlanan yollar sabahdan açılacaq.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, Təşkilat Komitəsinin öncədən elan etdiyi plana uyğun olaraq, Bakı treki və ona bitişik yollar aprelin 30-dən şəhər sakinlərinin istifadəsinə veriləcək: "Dəqiq saatı biz bilmirik, öncə yollardakı bariyerlər və xüsusi texnika götürüldükdən sonra Təşkilat Komitəsi bizə məlumat verəcək. Biz də yolların açıldığını elan edəcəyik".

Təşkilat Komitəsinin mətbuat katibi Nigar Arpadarai də qeyd edib ki, bağlı yollar aprelin 30-dan istifayə veriləcək: "Daha sonra avadanlıqlar və dirəklər, arakəsmələr yığışdırılacaq. Bulvara giriş isə bu gündən açılıb".