Bakıda mağazanın şüşəsini sındırıb oğurluq edən şəxs saxlanılıb


Digərləri 29 Apr 2019 12:22:00 210 0

Bakıda mağazanın şüşəsini sındırıb oğurluq edən şəxs saxlanılıb

Bakıda mağazanın şüşəsini sındırıb oğurluq edən şəxs saxlanılıb

Bakı. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fəxri Heybətov polis əməkdaşları tərəfindən saxlanılıb.