QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi


Digərləri 29 Apr 2019 11:51:00 201 0

QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək.

Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.