Birinci sinfə qəbul üzrə 38 mindən artıq sorğu yerləşdirilib


Digərləri 29 Apr 2019 11:52:00 215 0

Birinci sinfə qəbul üzrə 38 mindən artıq sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 38 mindən artıq sorğu yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, (saat 10:00) olan məlumaa əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 38 443 sorğu yerləşdirilib.

Onlardan 35 145-i ümumi təhsil məktəblərini, 3 298-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.