Bu abituriyentlərin imtahan nəticələri ləğv ediləcək


Digərləri 29 Apr 2019 11:58:20 273 0

Bu abituriyentlərin imtahan nəticələri ləğv ediləcək

Bizim ölkədə biznes qurmaq üçün əlverişli mühit var. Bəzi təhsil kursları abituriyentləri öz xidmətlərinə cəlb etmək üçün deyirlər ki, guya onlarda hansısa xüsusi suallar var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, DİM tərəfindən nəşr olunan jurnallardakı materiallar müzakirə olunmur:

"Elə abituriyent var ki, birinci, yəni yaz qəbul imtahanında 690 bal toplayır. O ikinci, yay qəbul imtahanına da yazılır ki, 700 bal toplasın. Lakin elə abituriyentlər də var ki, yaz qəbul imtahanında yüksək bal toplayır, yay qəbul imtahanına da yazılır. Burada məqsəd başqalarına kömək etməkdir. Belə olduqda onun nəticəsi ləğv edilir".