Aİ Azərbaycana maliyyə sahəsində şəffaflığı artırmağa kömək edir


Digərləri 29 Apr 2019 11:59:00 193 0

Aİ Azərbaycana maliyyə sahəsində şəffaflığı artırmağa kömək edir

Avropa İttifaqı ilə “Azərbaycan Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi” birgə tvinninq layihəsi işə salındıqdan bəri 52 sublayihədən 23-ü reallaşdırılıb

Bakı. Avropa İttifaqı ilə “Azərbaycan Hesablama Palatasının institusional və inzibati potensialının gücləndirilməsi” birgə tvinninq layihəsi işə salındıqdan bəri 52 sublayihədən 23-ü reallaşdırılıb. Trend-in məlumatına görə, bunu Polşanın Ali audit orqanının sədr müavini Voytsex Kutila Bakıda konfrans zamanı deyib. O bildirib ki, layinə 2017-ci ilin noyabrından icra olunur: “Layihənin əsas məqsədi Hesablama Palatasının mandatının icra olunması üçün imkanların yaxşılaşdırılması, eləcə də Azərbaycanın maliyyə sahəsində şəffaflığın təmin olunmasına kömək etməkdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin