DİQQƏT! Bu yollarda təmir işləri aparılır


Digərləri 29 Apr 2019 11:38:07 205 0

DİQQƏT! Bu yollarda təmir işləri aparılır

Məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Bakı. Bakı şəhəri, Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində bu gün gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir. Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.