Tovuzda 70 yaşlı kişi qətlə yetirildi


Kriminal 29 Apr 2019 10:21:00 219 0

Tovuzda 70 yaşlı kişi qətlə yetirildi

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.