İran Azərbaycana 411 milyon dollarlıq məhsul ixrac edib


Digərləri 29 Apr 2019 09:49:00 197 0

İran Azərbaycana 411 milyon dollarlıq məhsul ixrac edib

Son bir il ərzində İran Azərbaycana 411 milyon dollar dəyərində məhsul ixrac edib.

Son.az xəbər verir ki, bu barədə Trend İranın Ticarət İnkişafı Təşkilatının hesabatına istinadən məlumat verir.

Məlumata görə, bu müddət ərzində İran 824 min ton məhsulu Azərbaycan ixrac edib.

Qeyd olunan müddətdə Azərbaycana məhsul ixracı İranın bütün ixracında dəyər baxımından 0,9% təşkil edib.

İranın Azərbaycana məhsul ixracı 2017-ci ilə nisbətən 26% artıb.

Azərbaycan İranın məhsul ixracında 12-ci yerdə qərarlaşıb.