Model podiumda yıxılıb öldü VİDEO


Digərləri 29 Apr 2019 09:31:00 195 0

Model podiumda yıxılıb öldü  VİDEO

San-Pauloda təşkil olunan Moda həftəsində bədbəxt hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Tales Kotte dəfilə zamanı özünü pis hiss edib. Podiumda yerə yıxılan 26 yaşlı modelin zarafat etdiyini düşünüblər. Sonra tamaşaçılar modelin, həqiqətən, yıxıldığını görüblər. 

Həkimlər modelə kömək etmək üçün dərhal podiuma çıxıblar, ilkin müdaxilə edilib. Lakin əsməyə başlayan Kottenin ağzından köpük gəlib. Onu təcili xəstəxanaya aparıblar. Bir saatdan sonra həkimlər onun öldüyünü açıqlayıblar.