Bu gündən müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başlayır


Digərləri 29 Apr 2019 09:32:54 177 0

Bu gündən müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başlayır

Müxtəlif tibb müəssisələrində vətəndaşların qəbulu başlayır

Bakı. Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.