Şri-Lankanın şərqində komendant saatı ləğv edilib


Digərləri 29 Apr 2019 08:32:00 268 0

Şri-Lankanın şərqində komendant saatı ləğv edilib

Şri-Lankanın hakimiyyət orqanları üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətrafında tətbiq edilmiş komendant saatını ləğv edilib.

Bakı. Şri-Lankanın hakimiyyət orqanları üç yeni partlayışdan sonra Kalmunay şəhərində və onun ətraf ərazilərində tətbiq edilmiş komendant saatını ləğv edilib. Trend xəbər verir ki, polis nümayəndəsinin sözlərinə görə, komendant saatı aprelin 29-də səhər saat 8 radələrində dayandırılıb. Xatırladaq ki, 21 aprel tarixində ölkədə ardınca bir sira partlayışlar baş verib. Şri-Lankanın Səhiyyə Nazirliyinin məlumatına görə, həmin partlayışlar nəticəsinəd 250-260 nəfər həlak olub.