İndoneziyada 20 nəfər həlak olub


Dünya 29 Apr 2019 08:26:00 283 0

İndoneziyada 20 nəfər həlak olub

İndoneziyada daşqın və torpaq sürüşməsi nəticəsində təxminən 20 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli hakimiyyətlərin açıqlamasında deyilir.

Təbii fəlakətlərlə mübarizə üzrə milli agentliyin nüməyəndəsi olan Sytopo Naqroxo qeyd edib ki, ən azı 17 nəfər həlak olub, doqquz nəfər hələdə itkin düşmüş sayılır. Onun sözlərinə görə, bu yekun say deyil və arta bilər.

Xatirladaq ki, daha oncə İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb. Yüzlərlə ev və tikilərə maddi xeyli dərəcədə ziyan vurulub, onlarla körpü və yollara zərər vurulub.