Sinqapur hakimiyyəti internetin istifadəsində məhdudiyyətlər qoyacaq


Digərləri 29 Apr 2019 08:00:00 230 0

Sinqapur hakimiyyəti internetin istifadəsində məhdudiyyətlər qoyacaq

Sinqapur hökuməti internet istifadəçilərinə söz azadlığını qorumaq və cəmiyyətə ciddi zərər vurmadan əvvəl yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə məhdudiyyətlər qoyacaq

Bakı. Sinqapur hökuməti internet istifadəçilərinə söz azadlığını qorumaq və cəmiyyətə ciddi zərər vurmadan əvvəl yalan məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə məhdudiyyətlər qoyacaq. Trend-in məlumatına görə bunu ölkənin baş naziri Li Syan Tun deyib. Li Syan Tun qeyd edib ki, söz azadlığını qoruyan, insanların hüquqi sahədə məlumatı paylaşmasına, öz fikirlərini ifadə etməyə imkan verən müvafiq məhdudiyyətlər qoymalıyıq. Həmçinin baş nazir vurğulayıb ki, elə cemiyyət yoxdu ki, orada idarə olunmayan söz azadlığı olsun. O deyib ki, ABŞ və Avropa ölkələriç xüsusilə Almaniya həmçinin saxta məlumatların yayılması problemi ilə mübarizə aparırlar.