İspaniyada parlament seçkilərində sosialist partiyası irəlidədir büllətenlərin yarısı hesablanıb YENİLƏNİB


Dünya 29 Apr 2019 07:41:00 280 0

İspaniyada parlament seçkilərində sosialist partiyası irəlidədir  büllətenlərin yarısı hesablanıb  YENİLƏNİB

07:41

İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 50,18%-ı hesablanıb.

Ölkə parlamentinin sədrinin Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (İSİP) 50,18% səslə irəlidədir.

Son.az Trend-ə istinadən bildirir ki, həmin nəticəclər əsasən partiya Deputatlar Konqressində (parlamentin aşağı palatas) 350 yerin 126-nı tutur. Mühafizəkar Xalq Partiyasına 66 yer düşür. "Vəntədaş" partiyasının payına 55 yer düşür, sol koalisiya "Birlikdə edə bilərik" - 42 yer, Voks partiyası - 23 yer. Seçkilərdə 75% iştirak edib ki, bu da 2016-cı ilin göstəricilərə əsasən (66,48%) çoxdur.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.

----------

00:22