Ən faydalı 20 qida məhsulu SİYAHI


Digərləri 29 Apr 2019 07:28:00 267 0

Ən faydalı 20 qida məhsulu  SİYAHI

Dünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər.

Son.az yenicag.az-a istinadən həmin qida məhsullarını təqdim edir:

1. DƏRMAN ZƏNCİROTUNUN YARPAĞI - A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir.

2. ÇİA TOXUMU - Bu kiçik qara toxumlar lif nisbətinin yüksək olması ilə bərabər protein, linoleik turşu və digər vitaminləri ehtiva edir.

3. BALQABAQ TUMU - Dəmir və manqanla olduqca zəngindir.

4. PAZI OTU - Tərəvəzlərə parlaq rənglərini verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidanta malikdir.

5. ÇUĞUNDUR YARPAĞI - Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir K və B qrupu vitaminləri ilə zəngindir.

6. QURUDULMUŞ CƏFƏRİ- Ədviyyat olaraq istifadə edilən cəfəri bor, florid kalsium ilə zəngin olduğundan oynaq və diş sağlamlığı üçün önəmlidir.

7. QURUDULMUŞ KƏRƏVİZ - Qurudularaq yarpaq halına gətirilmiş kərəviz mineral və amin turşularının əsas mənbəyidir.

8. ADİ ACIQIJI - Su kənarlarında yetişən bu bitki mineral əksikliyində istifadə olunur.

9. MANDARİN - Karotinoid və A vitamini ilə olduqca zəngindir.

10. YAŞIL NOXUD - Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lif var.

11. YAŞIL SOĞAN - Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir.