Hamilə qadınlar üçün 10 məsləhət Bunlara diqqət edin


Digərləri 29 Apr 2019 06:30:00 208 0

Hamilə qadınlar üçün 10 məsləhət  Bunlara diqqət edin

Hamiləlik zamanı mədə yanğısının əsas səbəbi progesteron hormonudur. Bu hormonun əzələni genişləndirməsi səbəbi ilə mədə qapaqları da genişlənir və turşu tərkibli məhsullar yemək borusuna kimi daxil olur. Həmçinin, uşaqlıq yolunun da böyüməsi səbəbi ilə mədəyə doğru təzyiq artır və qapaqların açılması da asanlaşır. Aparılan elmi araşdırmalar nəticəsində hamilə qadınlarda mədə yanğısını xəfiflədəcək vasitələr məlum olub.

Son.az yenicag.az-a həmin vasitələr haqqında məlumatı təqdim edir:

1. AZ YEYİN!

Əgər mədəniz bulanırsa, az miqdarda yemək daha yaxşı olar. Tez-tez, ancaq az miqdarda yeməklə mədə yanğısını azalda bilərsiniz.

2. YAVAŞ HƏRƏKƏT EDİN!

Tələsərək yemək həm mədə ağrısına, həm də sinir sisteminin pozulmasına səbəb olar. Rahatlanaraq yediyinizdən zövq almağa çalışın. Bu həm də çox yeməyinizin qarşısını alar.

3. MAYENİ QURTUMLAYARAQ İÇİN!

Su və süd kimi maye məhsullarını yemək vaxtı qurtumlayaraq içməyə çalışın.

4. YEMƏKDƏN SONRA YATMAYIN!

Yeməkdən sonra yüngül bir gəzintiyə çıxın, ev işləri ilə məşğul olun və ya kitab oxumaqla vaxtınızı keçirin. Amma əsla uzanıb yatmayın.

5. YATARKƏN DİQQƏT EDİN!

Yatarkən başınız sinənizin üstündən daha yuxarı səviyyədə olmalıdır. Paz şəklində olan yastıqlar vücudunuzun üst hissəsini yuxarıda tutaraq mədə turşusunun yuxarı çıxmasına əngəl olacaqdır.

6. ƏDVİYYATLARI TANIYIN!