Marsın cənub qütbündə qəribə struktur kəşf edildi VİDEO


Digərləri 29 Apr 2019 00:45:00 306 0

Marsın cənub qütbündə qəribə struktur kəşf edildi  VİDEO

Məşhur ufoloq və konspiroloq Skott Uorinq NASA-nın rəsmi saytında Marsın cənub qütbünün fotolarını incələyib.

Son.az ölkə.az-a istinadən bildirir ki, fotolar 2004-cü ilin 13 aprel tarixində "Mars Qlobal Serveyor" tədqiqat stansiyası tərəfindən lentə alınıb. Skott fotoların birində qeyri-adi struktur kəşf edib. Məlum olub ki, Qırmızı planetin bəzi hissəsində zond tərəfindən sıx hansısa obyektlərin topası lentə alınıb. Bu obyektlər hərf formalı obyektlərə çox bənzəyirlər.

Çox güman ki, NASA tərəfindən Marsın cənub qütbündə donmuş qaz topası barədə açıqlama veriləcək. Skott isə alimlərə inanmır. Ufoloqun fikrinə əsasən, söhbət yadplanetlilər tərəfindən Marsda inşa edilən strukturlardan gedir.