Xroniki yorğunluğun əsl səbəbi açıqlandı


Digərləri 28 Apr 2019 23:55:00 258 0

Xroniki yorğunluğun əsl səbəbi açıqlandı

Alimlər xroniki yorğunluğu artıq psixoloji xəstəliklər siyahısından çıxarıblar.

Son.az faktxeber.com-a istinadən bildirir ki, elm adamları bunun  fizioloji xüsusiyyət daşıdığını bildiriblər. Onların sözlərinə görə, yorğunluq, yuxululuq, qıcıqlanma,pis əhval ruhiyyə, baş ağrısı, ürək bulanma - tamamilə müxtəlif xəstəliklərin  nəticələridir.

Bununla belə, mütəxəssislər hesab edirlər ki, xroniki yorğunluğun əsas səbəbi  sudan kifayət qədər istifadə etməmə və infeksion xəstəliklərdir.

Məşhur amerikalı dietoloq  Emi Qudson bu barədə bildirib ki, orqanizmin hətta az miqdarda susaması da buna təsir qoya bilər: "Orqanizmdə maye normasının cəmi 2 faizini  təşkil edən azca susama belə insanın enerji səviyyəsinin azalmasına gətirə bilər".