Rusiyanın NTV kanalında Zelenskinin ifasında şou proqram təqdim olunacaq


Dünya 28 Apr 2019 23:43:00 236 0

Rusiyanın NTV kanalında Zelenskinin ifasında şou proqram təqdim olunacaq

Rusiyanın NTV kanalı Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin iştirak etdiyi "Magiya" adlı şou proqramın anonsunu təqdim edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə telekanalın saytında məlumat verilib.

"Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin həmişə  foks və möcüzədən yaxşı başı çıxıb",- deyə məlumatda bildirilib. Veriliş mayın 3-də efirə buraxılacaq.

Qeyd edək ki, anons edilən proqram  2011-ci ildə hazırlanıb.