Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar?


Digərləri 28 Apr 2019 23:10:00 264 0

Molla Quran açıb “sənin bəxtin bağlanıb” deyirsə, onun sözünə inanmaq olar?

Dinimizə görə, Quranla istixarə etmək icazəlidir. İstixarə bu deməkdir ki, insan hər hansı əməli etmək və etməmək barədə qəti qərara gələ bilmirsə, bu yollardan hansının yaxşı, hansının pis olduğunu ayırd etmirsə, heç bir məntiqi yolla, soruşmaqla seçim etməyə qadir deyilsə, müəyyən edilmiş qaydalar əsasında Quran açaraq, Allahdan çıxış yolunu ona göstərməsini istəyir. Lakin Qurandan fal vasitəsi kimi istifadə etmək haramdır.

Son.az islam.az-a istinadən bildirir ki, Quran gələcəkdən xəbər vermək, falçılıq və kahinlik etmək üçün göndərilməyib. Bu işlə məşğul olanlar fırıldaqçı insanlardır və onların sözünə inanmaq düzgün deyil. Quranla bəxtin bağlandığını təyin etmək, bəxt açmaq və ya bağlamaq mümkün deyil, bunu iddia etmək dələduzluqdur.