Ərşi daşıyan mələklər möminlər üçün belə dua edirlər


Digərləri 28 Apr 2019 22:45:00 259 0

Ərşi daşıyan mələklər möminlər üçün belə dua edirlər

Qurani-Kərimdə buyurulur: "(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: "Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!".

Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!

Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona Öz rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur". ("Ğafir" 7-9).

Qurani-Kərimdə nazil olan bu ayə möminlərə bildirmək istəyir ki, onlar tək deyildirlər. Hətta səma əhli belə, onlar üçün bağışlanma istəyir. Onlar Allaha buyurarlar ki, sənin tövbə edən bəndələrin vardır və bu bəndələrin həqiqətən də bağışlanmağa və cənnətə daxil olmağa layiqdirlər. Onları günahlarının cəzasından qoru, onları xilas olmuşlardan qərar ver. Çünki sən tək Qüdrət sahibisən.

Əgər bu ayəyə diqqətlə baxsaq, görərik ki, ərşin mələkləri möminlər üçün dörd dua edərlər:

1. Möminlər üçün bağışlanma istəyərlər.