Ustadın qınağı və qonşunun haqqı


Digərləri 28 Apr 2019 22:20:00 194 0

Ustadın qınağı və qonşunun haqqı

Məşhur fəqih və "Məfatihul-kəramət" adlı kitabın müəllifi Seyid Cavad Amuli şam yeməyinə məşğul idi. Birdən qapının səsini eşidildi. Bildikdə ki, ustadı Seyid Mehdi Bəhrul-Ülumun xidmətçisi gəlib, dərhal qapıya tərəf tələsdi. Xidmətçi dedi: "Ustad sizi çağırıb və şam süfrəsində sizi gözləyir. Ancaq siz gələnə qədər süfrəyə əl uzatmayacaq."

Gecikmək olmazdı. Seyid Cavad hazırlaışıb, dərhal Seyid Bərhul-Ülumun evinə yollandı. Ustadın gözü Seyid Cavada sataşan kimi, görünməmiş bir qəzəblə dedi: "Seyid Cavad, Allahdan qorxmursan, Allahdan utanmırsan?"

Son.az maide.az-a istinadən bildirir ki, Seyid Cavad donub qaldı, öz-özünə fikirləşdi ki, görəsən, nə olub, nə baş verib ki, ustadım bu qədər qəzəblidir, məni niyə bu cür danlayır, qınayır?! Öz-özünə ustadının qəzəblənməsinin səbəbini tapa bilmədikdə, ustadından soruşdu: "Ustad, olar buyurasınız ki, mənim təqsirim, günahım nədir?"

-Bir həftədir qonşun fılankəs ailəsi ilə birlikdə buğda və düyü üzünə həsrətdir. Bu müddət ərzində küçədəki dükandan nisyə xurma alaraq onunla günlərini başa vururlar. Bu gün yenə də xurma almağa gedib, amma dükançı onu danışmağa qoymadan deyib ki, sənin borcun çoxdur, o da bunu eşidəndən sonra xəcalət çəkib nisyə istəməmiş və özü və ailəsi şamsız qalmışdır.

-And olsun Allaha, mənim bu işdən xəbərim olmayıb, yoxsa, onların dadına çatardım.

-Mənim hay-küy salmağımın səbəbi də elə budur ki, nə üçün öz qonşunun vəziyyətindən xəbərsizsən? Nə üçün onlar yeddi gün, yeddi gecə bu vəziyyətdə qalıb, sən isə bundan xəbərin olmasın? Əgər xəbərdar olub kömək etməsəydin, onda sən heç müsəlman sayılmazdın...

Mənim xidmətçim bu xörəkləri aparacaq, birlikdə o kişinin evinin qapısına qədər gedin. Xidmətçi ora çatdıqdan sonra geri qayıtsın, sən isə qapını döy, ondan xahiş et ki, səninlə birlikdə şam yesin. Bu pulu da al və onun evindəki xalçanın, yaxud həsirin altına qoy və qonşuluqda səhlənkarlıq etdiyin üçün üzr istə, sonra geri qayıt. Mən burada oturmuşam və sən qayıdıb o mömin qonşun barədə mənə xəbər çatdırana kimi, mən şam yeməyəcəyəm."

Xidmətçi cürbəcür ləzzətli xörəklərlə dolu olan böyük bir qabı götürüb Seyid Cavadla birlikdə qonşunun evinə yollandı. Xidmətçi qapıya çatanda xörək qapını Seyid Cavada verib qayıtdı və Seyid Cavad icazə aldıqdan sonra içəri daxil oldu.