Kərim Kərimov Yuri Qaqarini kosmosa yola salan azərbaycanlı


Digərləri 28 Apr 2019 22:23:00 51 0

Kərim Kərimov  Yuri Qaqarini kosmosa yola salan azərbaycanlı

Bu məqalədə oxucularımıza dünyaya səs salan alimlər arasında xüsusi yer tutan azərbaycanlı, əfsanəvi kosmonavtika generalı Kərim Kərimov barədə danışacağıq.

Bu xəbəri də oxu: Qastroenterit sindromu

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakının Pirşağı qəsəbəsində, ziyalı ailəsində anadan olub. Ailədə üç qardaş olublar və Kərim ailənin böyük uşağıdır. Onun səkkiz yaşı olan zaman anası vəfat edib. Ataları bir daha ailə həyatı qurmayıb və ömrünü onların tərbiyəsinə, təhsilinə həsr edib.

"Quran"ı oxumaq və radiotexnika sahəsi

Son.az oxu.az-a istinadən bildirir ki, atası Kərimin ərəb əlifbasını öyrənməsi, "Quran"ı orijinaldan oxuya bilməsi üçün Azərbaycan məktəbinə qoyub.

Ərəb əlifbası latın qrafikası ilə əvəz olunduğu üçün o, məktəbini dəyişməli olub. O, uşaq vaxtından radiotexnikaya böyük maraq göstərib.

Kərim orta təhsili bitirən kimi öz sinif yoldaşı Zəhra adlı xanımla ailə həyatı qurur.

O, Azərbaycan Sənaye İnstitutunda təhsil alan zaman qızı Sürəyya dünyaya gəlib. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu alıb. Daha sonra İkinci Dünya Müharibəsinə gedib.

Məhz həmin zamandan o, həyatını raket texnikası ilə bağlayıb. Gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat verilib. Onun bilikləri yoxlanıb və birbaşa akademiyanın V kursuna qəbul olunub.

42 ildən sonra Bakıya qayıdır

1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırıb. "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanıb. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfi saxlanılırdı. O, Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı alıb.

1946-cı ildə Kərim Kərimov bir qrup zabitlə almanların müharibədə maye yanacaqla işləyən FAU-2 raketinin sirlərini öyrənmək üçün Almaniyaya göndərilib. Həmin il öz ailəsini Moskvaya aparıb və yalnız 42 ildən sonra vətəninə qızı ilə qayıdıb. Zəhra xanıma Moskvaya getdikdən sonra yenidən Bakını, doğmalarını görmək qismət olmur.

1947-ci ildə FAU-2 raketlərinin ilk sınağı baş tutub. 1950-ci il o, Stalin mükafatı laureatı (SSRİ Dövlət mükafatı laureatı) adına layiq görülmüşdü. Bu, onun maye yanacaqla işləyən raketlərin işlənib-hazırlanmasına görə verilən ilk dövlət mükafatı olub.

Kosmosa ilk insanın göndərilməsi

Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmayıb. 1961-ci ilin aprel ayının 12-də, SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin Baykonur kosmodromundan "Vostok" gəmisində kosmosa qalxanda onu dünyada ilk kosmik uçuşa yola salanların arasında soydaşımız da olub.

Balıq tutmaq istəyən kişi boğulub öldü like
  • 28 Apr 22:21  
Digərləri Balıq tutmaq istəyən kişi boğulub öldü

Lənkəranda ehtiyatsızlıq ölümlə nəticələnib.

arrow Ətraflı
Ustadın qınağı və qonşunun haqqı like
  • 28 Apr 22:20  
Digərləri Ustadın qınağı və qonşunun haqqı

Məşhur fəqih və "Məfatihul-kəramət" adlı kitabın müəllifi S

arrow Ətraflı
Toyota ön sırada biroturacaqlı elektrik konseptini təqdim etdi like
  • 28 Apr 22:15  
Digərləri Toyota ön sırada biroturacaqlı elektrik konseptini təqdim etdi

Toyota şirkəti Şanxay avtomobil sərgisində öyrəşmədiyimiz elektrikli ko

arrow Ətraflı
Məcnun Leylisini necə tapdı? like
  • 28 Apr 22:10  
Digərləri Məcnun Leylisini necə tapdı?

Bir gün Məcnun ibadətini yarıda kəsir və Leylanın yolunu gözləməyə ba

arrow Ətraflı
Qızarmış çörəyin hansı fəsadları ola bilər? like
  • 28 Apr 22:05  
Digərləri Qızarmış çörəyin hansı fəsadları ola bilər?

Son zamanlarda aparılan araşdırmalar nəticəsində məlum olub ki, çox xır

arrow Ətraflı
"Elə əxlaqsız təkliflər alıram ki..."  gənc model yataq like
  • 28 Apr 22:01  
Digərləri "Elə əxlaqsız təkliflər alıram ki..." gənc model yataq

"Sosial şəbəkələrdə elə əxlaqsız təkliflər alıram ki... Məni u

arrow Ətraflı
Kartof qızartması kartof soyutmasından daha xeyirli imiş like
  • 28 Apr 21:55  
Digərləri Kartof qızartması kartof soyutmasından daha xeyirli imiş

İspaniya alimlərinin apardıqları uzun araşdırmalar nəticəsində müəyy

arrow Ətraflı
Bərəkətli boyunbağı like
  • 28 Apr 21:50  
Digərləri Bərəkətli boyunbağı

Cabir ibn Abdullah Ənsarı nəql edir:

arrow Ətraflı
Zühur əlamətlərindən – Süfyaninin meydana çıxması like
  • 28 Apr 21:40  
Digərləri Zühur əlamətlərindən – Süfyaninin meydana çıxması

Süfyaninin meydana çıxması bir çox şiə və əhli-sünnə mənbələrində

arrow Ətraflı
Evlənmək istəyənlərə qızıl tövsiyələr like
  • 28 Apr 21:35  
Digərləri Evlənmək istəyənlərə qızıl tövsiyələr

Evlənmək istəyirsiniz. Ancaq gələcək həyat yoldaşınız haqqında çox

arrow Ətraflı
Məşhur model ad günündə yarıçılpaq fotolarını paylaşdı  FOTO like
  • 28 Apr 21:30  
Digərləri Məşhur model ad günündə yarıçılpaq fotolarını paylaşdı FOTO

Dünyanın ən məşhur modellərindən biri, "Victoria's Secret"

arrow Ətraflı
Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar? like
  • 28 Apr 21:25  
Digərləri Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar?

Bürclərə inanan adamlar heç də az deyil. Bürclərin məsləhət bildiyi y

arrow Ətraflı