Evlənmək istəyənlərə qızıl tövsiyələr


Digərləri 28 Apr 2019 21:35:00 242 0

Evlənmək istəyənlərə qızıl tövsiyələr

Evlənmək istəyirsiniz. Ancaq gələcək həyat yoldaşınız haqqında çox şeyi bilmirsiniz. Elə isə nə etməli? Yaxşısı budur, bunu psixoloqlardan öyrənək. Evlənmək barədə qərar qəbul etməzdən əvvəl bir daha düşünün. Sağlam ailə həyatı qurmaq üçün sevgi qədər məntiqi də nəzərə alın və ən əsası aşağıdakı suallara cavab axtarmağa çalışın. İnanırıq ki, bu suallar sizə bir daha gələcək həyat yoldaşınızı tanımağa imkan verəcək...

Psixoloji problemləri varmı? Son.az gencaile.az-a istinadən bildirir ki, keçmiş həyatında psixoloji problemlər yaşayan adamlar (xüsusilə də, psixoloji zərbələrə məruz qaldıqları üçün) ailə həyatında da problemlər yaşayırlar.

Ailəsi ilə münasibətləri necədir? Bu işdə vacib olan başqa bir məsələ isə ailə münasibətləridir. Belə ki, ailələri ilə münasibətləri zəif olan adamlar ailə həyatına da çətin uyğunlaşırlar.

Dostluğa sadiqdirmi? Bəlkə də, sizə qəribə gələcək, ancaq dostluqları uzun müddət davam edən adamlar dostlarını tez-tez dəyişən adamlarla müqayisədə ailədə daha sadiq olurlar.

İş yerini tez-tez dəyişirmi? Psixoloqlar iş yerində iş yodaşları ilə tez-tez münaqişəyə girən, həmçinin gördüyü işdən tez soyuyan adamları da risk qrupuna daxil edirlər.