Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar?


Digərləri 28 Apr 2019 21:25:00 247 0

Hansı bürcün qadınları ideal həyat yoldaşı və sevgili olurlar?

Bürclərə inanan adamlar heç də az deyil. Bürclərin məsləhət bildiyi yöndə hərəkət edənlərin sayı xeyli çoxdur. Bu dəfə bürclərə güvənən adamlar üçün "ən yaxşı dost, ideal həyat yoldaşları və sevgili olan qadınlar hansı bürclərə aiddir" sualı ətrafında araşdırma aparmışıq.

12-Cİ YER - ƏQRƏB  

Son.az gencaile.az-a istinadən bildirir ki, bu xanımlar məftunedicidir, inanılmaz cazibəyə malikdir və dəhşətli dərəcədə ağıllıdır. Amma buna rəğmən hesab olunur ki, qadın-Əqrəblər məhz bu səbəbdən pis həyat yoldaşıdır. Onun toruna düşən kişilər sözün əsl mənasında qul həyatına düçar olur. Əlbəttə ki, belə bir xanıma xidmət etmək həm şərəflidir, həm də xoşdur, amma onun çətin xarakterinə öyrəşincə saçın tökülür, bəzi funksiyaların da pozulur və dostlar arasında avtoritet itir.

11-Cİ YER - BALIQLAR  

Astroloqlar deyir ki, Balıqla evlənmək - pişik saxlamaq kimidir, çünki onlardan heç bir fayda yoxdur. Balıqlar çox cazibədar olsa belə, sanki bu dünyadan deyillər. Praktiklik sıfır, sağlam düşüncə ondan da az, emosiyalar isə nə qədər istəsən. Amma buna rəğmən onlar kişinin beynini xarab etməz, sakitcə qırağa çəkilib ağlar. Hansısa müəmmalı səbəb üzündən güclü cinsin nümayəndələri qadın- Balıqların asılılığına düşür. Bu xanımlar ilə münasibətləri  yarıda kəsən kişilər isə uzun müddət özlərinə gələ bilmir.

10-CU YER - ŞİR  

Yalnız ən cəsur kişilər bu cür ittifaqa daxil olmağa qadirdir. Şir- həyat yoldaşı dəbdəbədir, pafosdur, bahalı əyləncədir. Ən yaxşı avtomobillər, bəzək əşyaları, avadanlıqlar - onun iştahası heç də təvazökar deyil. Nəzəri cəhətdən Şir-qadınlar ilə boşanmaq mümkündür, amma praktiki cəhətdən bu cür ayrılıqdan sonra bütün qalan qadınlar sizə həmin Şirin solğun nüsxəsi kimi görünəcək.

9-CU YER- OXATAN  

İblis -qadın, atəş -qadın, sürətlə çapan atı dayandıra, özünü yanan komanın içinə ata bilər - bütün bunlar Oxatanlar haqqındadır. Onun yanında çox nadir kişi özünü üstün hiss edər  - bu vulkan öz yolunda bütün əngəlləri silib-süpürər. Bir də ki, Qadın-Oxatan həmişə haqlıdır. Bundan savayı - bu ailədə qadın nə deyərsə o olur.

8-Cİ YER - ƏKİZLƏR  

Ən qorxulu qadın növüdür. Ən məkrlidir. Onlar o qədər insan sərrafıdır ki, sanki adamların içini görür. Onlar çox yaxşı bilir ki, kim onların əri ola bilər. Onlardan nəyisə gizləməyə və ya kiçik bir sirrə sahib olmağa ümid də etməyin. İstənilən çekistdən daha güclü, agent 007-dir. Belə qadınlar ilə evliliyə yalnız ən çarəsiz kişilər qərar verir.

7-Cİ YER - QOÇ  

Ölümcül (fatal) qadındır, hər bir şairin arzusu, ilham pərisidir. Qoç-qadın hər bir kişinin başına gələcək ən gözəl hadisədir. Ən azından bu qadınlar özləri haqqında məhz belə düşünür. Onlar sona qədər mübarizə aparacaq, amma ərini tərbiyələndirəcək. Onlar bu yoldan istənilən alətdən istifadə edəcək və əmindirlər ki - bu kişinin xeyrinə olacaq.

6-CI YER- TƏRƏZİLƏR  

Ağıllı, gözəl, mahir kulinar, əla sevgili - bəli, bu Tərəzi-həyat yoldaşlarına aiddir. Məhz Tərəziləri - istənilən kişinin arzusu adlandırırlar. Lakin burada bir "amma" var - bütün bu sadaladıqlarımız kişini  yalnız o günlərdə gözləyir ki, əlahəzrətin kefi xeyirxahlıq və zəriflik üçün münasib olsun. Qalan bütün vaxtlarda isə onların həyat yoldaşını  mürəkkəb isterika və beyinin pozulması gözləyir.