Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?


Digərləri 28 Apr 2019 21:10:00 199 0

Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranda ölülərin dirilməsinə işarə edən ayələr vardır ki, onlara nəzər salaq.

1. "Sayları minlərlə olduğu halda,ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı?

Son.az deyerler.org-a istinadən bildirir ki, oOnda Allah onlara dedi: "Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)". Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da, Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər". ("Bəqərə" 243).

2. "Bəqərə" surəsində başqa bir ayə vardır ki, Üzeyr peyğəmbərin (ə)başına gələnləri nəql edir. Üzeyr peyğəmbər (ə) də öləndən sonra yenidən dirilən insanlardan biri olmuşdur. "Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)?

(O, təəccüblə öz-özünə) dedi: "Allah bunları ölümlərindən sonra necə dirildəcək?!".

Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: "(Burada) nə qədər qalmısan?". Dedi: "Bir gün, ya günün bir hissəsini (qalmışam)".

Dedi: "Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tövhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör, uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük!

Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: "İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb yəqinlik əldə etdim)". (259).