Dar paltar geyməyin 6 fəsadı


Digərləri 28 Apr 2019 21:05:00 232 0

Dar paltar geyməyin 6 fəsadı

Dar paltarlar orqanların sağlamlığına mənfi təsir edir, xüsusilə dar cins kimi sərt parçalar bu zərəri iki dəfə artırır.

Son.az gencaile.az-a istinadən dar paltarların bədənə verdiyi zərərlərlə tanış edir.

Qan dövranına mane olur

Beli və ayaqları çox sıxan paltarlar qan dövranına birbaşa mane olur. Odur ki, qan dövranını təmin etmək üçün ürək daha çox fəaliyyətdə göstərməli olur. Ayaqlar üçün qan dövranı çox əhəmiyyətlidir, çünki normal qan dövranı onların şişməsinin qarşısını alır.

Qan dövranının zəifləməsi sağlamlığınız üçün təhlükəlidir. Bu zaman insan özünü bütün gün yorğun və əzgin hiss edir.

Sellülitlərinizi çoxaldır

Sellülit qadınların ən böyük kabusudur. Dar paltarlar isə sellülit əmələ gəlməsinə meyilli olan dərilərdə sellülitlərin dərinləşməsinə və yayılmasına səbəb olur.

Qocaldır

Dar paltarlar hüceyrə oksidləşməsinə səbəb olur və orqanizmi qocaldır. Dar paltarlardan dolayı ağciyərlər və nəfəs borusundakı təzyiq düzgün nəfəs almağa mane olur. Döş qəfəsi qaz mübadiləsini lazımi şəkildə təmin etmədikdə, hüceyrələrin oksidləşməsi sürətlənir. Bu da tez qocalmağa səbəb ola bilər.