Yox olmaq üzrə olan bananı xilas etmək üçün plan var


Digərləri 28 Apr 2019 20:45:00 246 0

Yox olmaq üzrə olan bananı xilas etmək üçün plan var

Banan bitkisinin soyu tükənmə təhlükəsi ilə qarşı-qarşıyadır, ancaq elm insanlarının bu bitkini xilas etmək üçün bir planı var.

Son.az deyerler.org-a istinadən bildirir ki, banan, dünyanın əhəmiyyətli bir qisimində olduqca bol olan və qidalanma nizamının bir parçası olan qida mənbəyidir, ən azından Panama xəstəliyinə qədər elə idi.

Panama xəstəliyi, banan bitkilərinə zərər verən və bu anda Asiya, Avstraliya və Orta Şərqi təhdid edən bir xəstəlikdir. Xəstəliyin bu ana qədərki təsirləri olduqca dağıdıcı oldu. Xəstəliyin sektora təsirinin çox böyük olması ilə yanaşı, hal-hazırda 400 milyon insanın qidalanmasında banan əhəmiyyətli yer tutur. Bu insanların böyük qisimi üçün bananın başqa alternativi yoxdur.

Yenə də bananın xilası üçün ümidlər tükənməyib. Bananı, banan istehsalçılarını və qidalanmaq üçün banana ehtiyac duyan insanları xilas etmək üçün araşdırmaçılar işlərə başlayıb. Araşdırmaçılar hal-hazırda Panama xəstəliyinə qarşı immunitet sahibi banan bitkiləri yaratmağa çalışır.

Banan yetişən yerlərdə həmişə eyni növ bananlar olduğu üçün birinə bulaşan xəstəlik digərlərinə də keçir. Bu səbəblə də Panama xəstəliyi bir dəfə gəldiyində, bütün ağaclara bulaşıb bağçanı məhv edir. Xəstəliklə bacara bilməyən istehsalçılar, yağış meşələrini kəsib əl dəyməmiş banan sahələri yaratdılar. Günümüzə qədər xəstəlik milyardlarla dollarlıq zərərə gətirib çıxardı.