27 il komada qalan qadın ayılıb


Digərləri 28 Apr 2019 20:34:00 224 0

27 il komada qalan qadın ayılıb

1991-ci ildə baş verən yol qəzası vaxtı ciddi xəsarət alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakini 27 il çəkən komadan sonra özünə gəlib.

Qəza Münirə Abdullahın oğlu Ömər Vəbəyri məktəbdən götürərkən baş verib.

Onların hərəkət etdiyi avtomobil məktəb avtobusu ilə toqquşub. O vaxt 32 yaşı olan Münirə kəskin kəllə-beyin travması alıb.

İnsidentdən bir an əvvəl öz kürəkənin sürdüyü maşında oturan Münirə oğlunun üstünə atılaraq onu xilas edə bilib.

Nəticədə uşaq hadisədən salamat çıxıb.

Münirə Abdullah isə ciddi xəsarət alıb. O, ötən il Almaniya xəstəxanasında özünə gəlib.

İllərdir ki, davam edən müalicədən sonra, Ömər anasının səhhətində irəliləyiş və qəza barədə BƏƏ-də nəşr olunan The National qəzetinə verdiyi müsahibədə danışıb.

"Ö məni qorumaq üçün qucaqladı"

"Mən ondan əlimi heç vaxt üzmədim, çünki onun bir gün ayılacağına daima inanırdım", - Ömər bazar ertəsi qəzetə verdiyi müsahibəsində deyib.

"Anamın hekayəsiylə ona görə bölüşürəm ki, başqa insanlar da yaxınlarına olan ümidlərini itirməsinlər; belə bir vəziyyətdə sağ qalanları artıq ölü hesab etməsinlər.

Anam mənimlə birlikdə maşının arxasında otururdu. O, toqquşmanın baş verəcəyini anlayan anda məni zərbədən qorumaq üçün qıcaqladı".

Qəzadan sağ-salamat çıxan Ömər baş nahiyəsindəki göyərtidən savayı heç bir xəsarət almamışdır.

Lakin qəzadan sonra onun anasına saatlarla tibbi yardım göstərilməmişdir.

İllərlə davam edən müalicə

Bir müddətdən sonra Münirə Abdullah da hospitala çatdırıldı.

Daha sonra onu Londona apardılar.

Hospital həkimləri onun vegetativ komada olduğunu bildirdilər, yəni Münirə reaksiya vermirdi amma ağrıya həssaslığını itirməmişdir, - The National nəşri xəbər verir.

Londondan sonra xəstəni yenidən BƏƏ-yə qaytardılar.

Tibbi sığortanın tələblərinə uyğun olaraq Münirə əvvəl yaşadığı Omanla həmsərhəd Əl-Əyn şəhərində müalicə olunmağa başladı.

Michael Schumacher 2013-cü ildə Fransada aldığı kəllə-beyin travmasından sonra 6 ay süni komada saxlanıldı

Xəstəni həyatda saxlamaq üçün ona qidanı boru vasitəsilə verirdilər.

Həmçinin, hərəkətsizliyə görə əzələ kütləsinin funksiyasını saxlamaq məqsədilə Münirəyə fizioterapiya da keçirilirdi.

2017-c ildə Əbu-Dabinin rəsmi dövlət qurumu olan Vəliəhd Şahzadə Sarayı Almaniyaya yollanmaq istəyən xəstənin ailəsinə maliyyə dəstəyini təklif etdi.