İsrail diplomatı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub


Digərləri 28 Apr 2019 20:30:37 202 0

İsrail diplomatı: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub.

Bakı. Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox peşəkarcasına təşkil olunub. Bunu Trend-ə İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rozenberq deyib. O qeyd edib ki, İsrail milli komandası ikinci dəfədir Bakıda Dünya Kubokunda iştirak edir: "Bakıda, bizə dost ölkədə İsrail gimnastlarının çıxışlarını izləmək mənim üçün böyük şərəfdir. Bu cür peşəkar təşkil olunmuş yarışda qonaq olmaqdan da qürur duyuram". Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başa çatıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilib.