Problemsiz ailə üçün 10 tövsiyə –


Digərləri 28 Apr 2019 20:25:00 182 0

Problemsiz ailə üçün 10 tövsiyə –

Hər bir qadını istər sosial həyatda, istərsə də ailədaxili münasibətlərdə maraqlandıran "qaydalar" var. Bu qaydaların tətbiq olunması ailədə rahat, xoşbəxt bir ab-hava yaradır.

Son.az gencaile.az-a istinadən bildirir ki, bəlkə də, ailə quran qadınlar qeyd edəcəyimiz bu qaydalardan az-çox xəbərdardırlar. Ancaq bir şey də həqiqətdir ki, bu qaydalara əməl etmək xəbərdar olmaqdan daha faydalıdır...

1. Mümkün qədər həyat yoldaşınızı kənar problemlərə ortaq etməyin. Belə porblemlərin öhdəsindən özünüz gəlməyə çalışın. Ancaq sevincli günlərinizdə onu unutmayın.

2. Məsləhət və ya məsləhətləşmək ailə həyatında çox vacib prinsipdir. Buna görə də, ailədə biri yaxasını kənara çəkib yükü o birinin çiyninə yükləməməlidir. Sevincdə bir olduğu kimi, kədərdə də bir olmalıdır.

3. Xoşbəxtlik evdə heç bir problemlə üzləşməməkdə deyil, problemlərin öhdəsindən gələ bilməkdə, onların çoxalmasına imkan verməməkdə və nəhayət, münasibətlərinizə təsir göstərməsinə (həm də mənfi mənada) zəmin yaratmamaqdadır.

4. Ən adi bir problemdə evdən getmək və ya başqa bir şəkildə problemlərdən qaçmaq çıxış yolu deyil. Ən yaxşısı vaxt itirmədən soyuq başla problemin həllinä başlamaqdır.

5. Mübahisə zamanı həyat yoldaşınızın gözəl xüsusiyyətlərini xatırlamağa çalışın. Bir sözlə, onun bəyənmədiyiniz tərəflərinin yaxşı xüsusiyyətlərinə kölgə salmasına imkan verməyin.

6. "Qılınc yarası sağalar, dil yarası sağalmaz". Ailədaxili mübahisələrdə ürək sındıran sözlərdən uzaq olun. Yoxsa, xırda bir səhv ucbatından onun sizə qarşı olan sevgisini birdəfəlik itirə bilərsiniz.