Bir gözü və bir ayağı olmayan padşahın rəsmi


Digərləri 28 Apr 2019 19:10:00 468 0

Bir gözü və bir ayağı olmayan padşahın rəsmi

Bir padşah var idi ki, bir gözü və bir ayağı yox idi. Bir gün rəssamları yanına çağırır və əmr edir ki, onun şəklini çəksinlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq rəssamlar nə qədər çalışırsa, onun bu halı ilə gözəl şəkil çəkə bilmirlər. Çünki padşahın bir gözü və bir ayağı yox idi.

Nəhayət rəssamlardan biri deyir ki, mən bu işim öhdəsindən gələ bilərəm. O, çox nikbin bir insan idi. Həyatda onu əhatə edən şeylərdə ən yaxşı cəhətləri görməyə çalışır, pis cəhətlərin üzərində vurğu etməzdi.

O, elə bir şəkil çəkir ki, bu şəklə hamı valeh olur. Çünki, həm həqiqəti olduğu kimi göstərir, həm də personajını elə bir vəzəyyətə daxil edir ki, onun eyibləri itmiş olsun.

Bu rəssamın çəkdiyi şəkildə şah ov halında idi. Ovunu görərkən, gözünü birini qıymış və ayağının birini yuxarı - yəhərin üzərinə çəkmiş kimi idi.

Bu şəkil o qədər təbii idi ki, padşahın çox xoşuna gəlir. Rəssama çoxlu ənam verir.

Görəsən biz də həmin rəssam kimi ola bilərikmi? Ətrafımızda olanların nöqsanlarını bu rəssam kimi gözəlliyə çevirə bilərikmi?