Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi


Digərləri 28 Apr 2019 18:52:18 245 0

Formula 1-in Bakı qalibi Valtteri Bottas: Yarış çox gərgin mübarizə şəraitində keçdi

Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi.

Bakı. Elçin Mehdiyev - Baxmayaraq ki, liderlər qrupunda çox hadisələr baş vermədi, yarış çox gərgin mübarizə şəraitində keçdi. Trend-in məlumatına görə, bunu Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas yarışdan sonra keçirilən mətbuat konfransında deyib. V.Bottas qeyd edib ki, yarış boyü səhvə yol verməməyə çalışıb: “Özümə səhv etməyə imkan verə biməzdim, hər şeyi nəzarət altında saxlayırdm”. V.Bottas Bakıda qələbəsinin onun üçün çox əhəmiyyətli olduğunu deyib: “Birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox bəxtəvərəm”. İkinci yerin qalibi Lyuis Hemilton komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Baxmayaraq ki, mübarizə gərgin keçdi heç bir səhv olmadı. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu komandada təmsil olunduğum üçün çox şadam”.