Azərbaycan əsilli müğənnidən inanılmaz


Digərləri 28 Apr 2019 18:34:00 216 0

Azərbaycan əsilli müğənnidən inanılmaz

Bütün həyatı hamının gözü qarşısında olan məşhurların cinsi həyatı barədə etirafları hər zaman maraqla qarşılanır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, ulduzların cinsi həyatı barədə etirafları müzakirələrə səbəb olub.

Türkiyəli aktrisa Pınar Altuğ bildirib ki, cinsi əlaqə olmadan həyat qeyri-mümkündür. O, cinsi həyatın açıq müzakirəsinin əleyhinə olduğunu deyib.

Müğənni Yonca Evcimikin fikrincə, cinsi əlaqə olmazsa, münasibətlər bəlli yaşa qədər davam edə bilməz: "Cinsi əlaqə nəfəs almaq qədər təbiidir".

Müğənni Rafet El Roman deyib ki, onun üçün cinsi əlaqə çox vacibdir: "Həssas adamam, amma cinsi əlaqə olmazsa, münasibət davam etməz. Məni təmin etmirsə, o cür münasibəti istəmirəm. Çox romantikəm, duyğusalam, günün hər anını o qadınla yaşamağı sevərəm, amma cinsəlliyi uymursa, hər şey qurtarar".

Azərbaycan əsilli pop ulduz Tuğba Əkinçi qeyd edib ki, cinsi həyatda problemlər olarsa, münasibətlər davam etməz: "Mənim həyatıma baxımsız kişi girə bilməz. Ya idmançı, ya da aktyor olmalıdır. Əzələləri olmayan kişiyə kişi demirəm. Kişi yük maşını sürücüsü kimi olmalıdır".

Aktrisa Ancelina Coli bildirib ki, insanların hamiləliyin cinsi həyat üçün pis olduğunu söylədiklərini eşitsə də, tam əksi olduğunu düşünür: "Bu, cinsi həyat üçün əla bir mərhələdir. Sizi daha yaradıcı olmağa məcbur edir".