Formula 1-də qəza olub


Digərləri 28 Apr 2019 17:30:00 210 0

Formula 1-də qəza olub

Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisində qəza baş verib.

Bakı. Elçin Mehdiyev - Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisində qəza baş verib. Trend-in məlumatına görə, "Renault" komandasının üzvü Daniel Rikkardo və "Toro Rosso"nun üzvü Daniil Kvyatın bolidləri toqquşub. Bundan sonra hər iki pilot pit-leynə geri dönüblər və mübarizəni dayandırıblar. Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir.