Buşehr AES fəaliyyətini bərpa edir


Dünya 28 Apr 2019 16:52:00 329 0

Buşehr AES fəaliyyətini bərpa edir

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyası (AES) fəaliyyətini bərpa edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Buşehr AES-in istismarı şirkətinin icraçı direktoru Hüseyn Qəffari deyib.

Onun sözlərinə görə, stansiya əsaslı təmirlərdən və yanacağın yerləşdirilməsindən sonra sabah yenidən fəaliyyətə başlayacaq.

Buşehr AES fevraldan təmirlərə görə işini dayandırmışdı.