Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib


Digərləri 28 Apr 2019 16:52:00 203 0

Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bakı. Binəqədidə yataqxanada yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.