Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)


Digərləri 28 Apr 2019 16:41:00 216 0

Formula 1-in açılışında Azərbaycan himni yeni aranjimanda (VİDEO)

Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib.

Bakı. Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində Azərbaycan Dövlət himni yeni aranjimanda səsləndirilib. Trend-in məlumatına görə, Dövlət himnimiz tar, kamança və digər alətlərin müşayiəti ilə müğənnilər Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən yeni aranjimanda ifa olunub. Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi keçirilir. Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışır.